“Sosial verilişlərdə insanlar bir-birini təhqir edir” - Video

sosial-verilislerde-insanlar-bir-birini-tehqir-edir
Oxunma sayı: 2106

“Telekanallarda olan müəyyən verilişlərin bəsitliyini görəndə məyus oluram. Bir də yollarımızdakı tıxaclar. Xalqımızı geri salan iki amil var. Birincisi, nəfs. Nəfsimizin badına gedirik. İkinci, hövsələsizik. İşıqforda işıq yanan kimi siqnal başlayır. Bəlkə sükan arxasında mənə nəsə olub, gözləyin də”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Nazim Pişiyari “Gün işığında” proqramında deyib.

Sənətçi küçədə rastlaşdığı hallardan bəhs edib: “20 Yanvar” dairəsindən keçəndə elə bilirəm cəhənnəmdən keçirəm. Orada o qədər söyüş, pis sözlər eşidirəm. Məcburam pəncərələri bağlayım ki, eşitməyək”.

Nazim sosial verilişləri də tənqid edib: “Bu bəsitlik gəlib verilişlərə çıxıb. Sosial mövzulu verilişlərdə insanlar bir-birini təhqir edirlər. Nə olsun səsi bağlayırsınız, görüntüyə baxırıq axı. Nələr olur. Bəzən şəhərdə sorğu edirlər, camaat deyir ki, yerli kanallara baxmırıq. Onları eşidəndə ürəyim ağrıyır. Xaricə gedəndə birinci işim hoteldə televizoru açmaq olur. Eləcə də xaricdən Bakıya gələn turist bunu edir. Telekanallardakı işıq sönük, görüntü pisdir. Turist elə bilir ki, paytaxta yox, əyalətə gəlib”.