Şoyqu Putinə Mariupolun nəzarətə alındığını məruzə etdi

soyqu-putine-mariupolun-nezarete-alindigini-meruze-etdi
Oxunma sayı: 2297

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinə əməliyyatın başa çatması, “Azovstal” və Mariupol ərazilərinin nəzarətə alınması barədə məruzə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, mayın 16-dan bu yana keçirilən əməliyyat zamanı zavodun ərazisində blokadaya alınmış 2439 “Azov” üzvü və Ukrayna hərbçiləri silahlarını yerə qoyaraq təslim olublar.

531 ukraynalı hərbçidən ibarət sonuncu qrup bu gün təslim olub.