Şoyqunun qızı bloqerə ərə gedir - Fotolar

Şoyqunun qızı bloqerə ərə gedir
Oxunma sayı: 7647

Rusiya müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya ailə həyatı qurur.

“Qafqazinfo” xəbər verir ki, o, instaqramda barmağında üzük şəklini paylaşaraq “İndi gəlinəm və səni çox sevirəm”,- şərhini yazıb.

30 yaşlı Kseniyanın idman sahəsi üzrə bloqer Aleksey Stolyarovla evlənəcəyi bildirilir. O, 30 yaşındadır, instaqram, yutub və tiktokda video paylaşaraq populyarlaşıb. Onun tiktokdakı abunəçilərinin ümumi sayı 5. 5 milyon nəfərdir. Həmçinin Stolyarovun öz idman geyim markası var.

Sergey Şoyqunun kiçik qızı olan Kseniyanın fəaliyyəti mahiyyət etibarilə idmanla əlaqəlidir. O, Rusiya Triatlon Federasiyasının prezidenti, eyni zamanda Qəhrəmanlar Liqası layihəsinin rəhbəri və Qəhrəmanların Yarışı layihəsinin təşkilatçısıdır.