. Məsəl üçün, çoxu “qaynar xətt” deyilən xidmət icad edib. İcad edib deyirəm ona görə ki, bu gözdən pərdə asmaqdan başqa nəyəsə bənzəmir. Ölkə prezidentinin vətəndaşların şikayət və narazılıqlarının təmin olunması və şəffaflığın qorunması üçün verdiyi məlum sərəncamdan sonra dövlət qurumları “qaynar xətt” adlı xüsusi xidmət göstərməyi boynuna götürdü. Amma çoxu bu vəzifəni boynunda çox “saxlamadı”. Bu vaxta qədər eşitməmişəm ki, kimsə “qaynar xətt”ə zəng etdim, dərdimə çarə tapdılar” deyib sevincini bölüşsün. Bir neçə “qaynar xətt” özünü göstərmək, gözə güya “iş”gördüklərini soxmaq üçün hər ayın sonu zənglərin sayı barədə yalan-doğru məlumat verir. Bu da özlərinə məxsus nə “saygac”ıdırsa, onun nəticəsinə əsaslanılır. Bir nümunə deyim. Camaatın Səhiyyə Nazirlik kimi böyük şıkayət hədəfi var ki, onlar da yenə ay sonu müraciətlərin sayını göstərməklə kifayyətlənirlər. Eşitməmişik ki, həkimi, ya tibb işçisini cəzalandıralar, ya şikayətçinin böhtan atdığını bəyan edələr. Dərmanına gücü çatmayana, çarəsizə əl tutalar. Axı kim araşıdırır bu şikayət və müraciətləri? Heç mətbuata da bu sirri xırdalamırlar. Elə indinin də özündə zəng edib yoxlamaq olar. Səhiyyə Nazirliyinin bu xəttləri(012495-40-15,565-12-64) ya telefaks(x)a bağlanıb, ya da gün ərzində məşğul olduğunu göstərir. Yaxud həmişə məşğul olan Təhsil Nazirliyinin “qaynar xətt”i. Bu xəttə (012496-37-61,496-34-82) heç “ilıq” da demək olmaz. Çünki kiminsə dərdinə çarə tapıldığı hələ görülməyib. Nazirliyin bir çox idarəsi kimi burada da telefon dəstəyini götürən yoxdur. Ümumiyyətlə, təhsil və səhiyyə idarələrindəki çavabdeh şəxslərin çoxu on iki olmamış ya nahara gedir, ya da iş saatı bitməmiş yoxa çıxır.
Əslində, “qaynar” adında, heç “soyuq” belə olmayan xəttlərin bu vəziyyətdə olmasının tək səbəbi var. Bu da bu xidmətlə bağlı hər hansı qanunvericiliyin və vahid sistemin olmamasıdır. Heç gözləməyək də. Axı bu sistemin yaradılması yeni qanunlar deməkdir ki, bunu yaratmaq kimsəyə sərf etməz.
Az-çox qanunu tələb edənləri sevindirmək belələrinin işinə mane olar.
Amma “qaynar xətt”lərdəki laqeydliyi bütün dövlət idarələrinə şamil etmək olmaz. Göydə Allah var, Fövqəladə Hallar Nazirliyi gün ərzində 112 nömrəli xidməti ilə aktiv olduğunu göstərir. Başqa-başqa günlərdə xidmətdə müraciətə cavab tapan oldu. Dövlət Sosial Müdafiə Fondunun daha çox pensiyalarla əlaqədar 190 nömrəli xidmətinin fəaliyyətinə də sevinmək olar. Diğər dövlət orqanlarına ardıcıl edilən zənglər isə daha çox cavabsız qalır.
“Qaynar xətt”lərdə bir məqam da maraq doğurur. Tək onu bilirəm ki, “qaynar xətt” deyilən xidmətin istirahəti, bayramı olmaz. Necə ki, problemin, haqsızlığın, vicdansızlığın vaxtı, istirahəti olmadığı kimi. Bizim dövlət qurumlarlarındakı “qaynar xətt”lərin çoxu yalnız beş gün işləyir. “Qaynar xətt” operativ xidmətdir, buna barmaqarası baxan “xəttçilər”. Əlavə ştat ayırıb işi təşkil etmək bu qədərmi çətindir? Bəlkə də ştatın artırılması heç məsələnin həlli deyil. Nə bilim.
Respublika Prokurorurluğu tərkibində korrupsiya ilə mübarizə idarəsinin 161 nömrəli xidməti də daim məşğuldur. Görəsən, korrupsiya haqqında ən bariz, “gözəgirən” nümunə olan Gülər Əhmədovanın “məharəti”nin hələ də qiymət almaması bu xidmətə inamı azaltmayıb ki?
Cəmiyyətimizin daha çox ehtiyacı olan “uşaq qaynar xətt”ində də yalnız bir telefon işləməsi xidmətin daim məşğul olmasına səbəb olur. Dövlət Kömrük Xidməti, Vergilər Nazirliyi və digər qurumların da bu xidmətində məşğul olduğunu göstərən “musiqi əsəri” kəsilmir. Klassik musiqini sevənlər heç olmazsa, bu mənada qazanırlar.
Məsələnin ciddiliyi odur ki, vətəndaş probleminin deyildiyi anda da olmasa, həll olunmasına ümidlüdür. Heç olmazsa arada dəstəyi götürün. “Qaynar xətt” xidməti göstərdiyini bəyan edənlər xəttinizi soyumağa qoymayın, bu insanlara qarşı soyumuş münasibətdən başqa bir şey deyil. Nə bilim, ya da rəsmi saytlarınızda( çoxunda əlaqə nömrələri ya verilməyib, ya da heç yerləşdirilməyib) bu xidməti göstərmədiyiz barədə cəsarət edib bir kəlmə yazın, vəssalam.
Qeyd: Təhsil Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, artıq bir ildir ki, nazirliyin "Qaynar xətt" xidmətinin telefon nömrəsi qeyd olunan nömrələr yox, 146-dır