STEAM-dən “TEKNOFEST”ə

steam-den-teknofeste
Oxunma sayı: 2333

Son 3 tədris ilindən “STEAM Azerbaijan” layihəsi sürətini və çoğrafiyasını artıraraq bu gün ölkənin 300-dən çox məktəbində 100 000-dən çox şagirdi əhatə edir. Ölkə üzrə 11 bölgədə STEAM mərkəzləri yaradılıb və digər ikisi də fəaliyyətə başlayacaq.

Xəbəri rus dilində oxuyun: Победитель Евровидения продает победную статуэтку

Təhsildə STEAM yanaşması-Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Əsas məqsəd XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlıq, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini öyrənmək, mühəndislik səriştəsi, proqramlaşdırma dillərinin tətbiqidir.

STEAM dərsləri “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”,  “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə təşkil olunur.

İndi gələk əsas alqoritmi STEAM olan “TEKNOFEST Azərbaycan 2022” yarışmasına. “TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. “TEKNOFEST” Aviasiya, Kosmos və Texnologiya f estivalı Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilir.

“TEKNOFEST Azərbaycan 2022” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEAM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatlarının sərgilənməsi nəzərdə tutulur.

Təhsil Nazirliyi  festivalın əsas tərəfdaşı kimi “STEAM Azərbaycan” layihəsinin qatqısı ilə “Baku Skills” kateqoriyasının təşkili və Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin sərgi çadırının qurulmasını bilavasitə həyata keçirəcək.

Yarışda 7-ci sinifdən başlayaraq məktəblilərin iştirakı A kateqoriyası üzrə 110, B kateqoriyası üzrə universitet tələbələrinin iştirakı etdiyi 30 komanda üzrə aparılıb.

Təhsil Nazirliyinin “STEAM Azərbaycan” layihəsi yarış boyu orta məktəb, eləcə də, universitet komandalarını 3D printerlər, filament və elektronika vasitələri ilə təmin edib.

Növbəti 3 gündə finalda bu kateqoriya üzrə məktəblilərin 30, universitetlərin 11 komandası yarışacaq. Bütün kateqoriya üzrə “TEKNOFEST Azərbaycan 2022”-də məktəb və universitetlərimzin onlarla komandası yarışacaq.

Bütövlükdə, finalədək “TEKNOFEST Azərbaycan 2022” çərçivəsində 400-dək ümumtəhsil və ali məktəb komandası yarışıb.

Cəsarət Valehov,

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri