Sudan hökuməti buraxıldı

sudan-hokumeti-buraxildi
Oxunma sayı: 1047

Sudanın hakim Suveren Keçid Şurasının sədri, ordu generalı Əbdülfəttah əl-Burhan sözügedən idarəetmə strukturunun buraxıldığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, əl-Burhan bunu ölkənin Baş nazirinin, bir sıra yüksək vəzifəli məmurların, həmçinin siyasi partiya liderlərinin hərbçilər tərəfindən saxlanılmasından bir neçə saat sonra xalqa müraciətində açıqlayıb.

Onun sözlərinə görə, qurumla yanaşı, ölkənin Nazirlər Kabineti də buraxılıb.

Bununla yanaşı, ordu general 2019-cu ildə hərbi və mülki qüvvələrin nümayəndələri tərəfindən imzalanan konstitusiya bəyannaməsinin bir sıra maddələrinin fəaliyyətinin dayandırıldığını elan edib. Həmçinin sudanlılara parlament seçkilərinin keçirilməsini və yeni müstəqil hökumətin yaradılacağını vəd edib. 

Sudan rəhbəri hazırda ölkədə baş verənləri ordunun gənclər inqilabına reaksiyası adlandırıb. O, həmçinin ölkənin bir sıra bölgələrində fövqəladə vəziyyət elan edib.