Sudanda hərbçilər nazirləri saxladılar, paytaxta giriş bağlandı

sudanda-herbciler-nazirleri-saxladilar-paytaxta-giris-baglandi
Oxunma sayı: 1231

Sudanda bir neçə nazir hərbçilər tərəfindən saxlanılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda saxlanılan nazirlərin yeri məlum deyil. 

Bildirilir ki, Sudanın Baş naziri Abdalla Hamdok ev dustaqlığına keçirilib. Bununla yanaşı, ölkənin Suveren Şurasının mülki nümayəndəsi Məhəmməd Feki də saxlanılıb.

Ölkədə sözügedən şəxslərin saxlanılmasından sonra Xartumda etiraz aksiyaları başlayıb. Etirazçılar bəzi yollarda təkərlər yandıraraq hərəkətə mane olublar. 

KİV-in məlumatına görə, ölkə paytaxtı Xartumun bir neçə bölgəsində internet kəsilib, hərbçilər şəhərdə körpüləri bağlayıb. 

Qeyd olunur ki, Xartum və digər şəhərlərdə hərbçilərin hökuməti mülki hökumətə verməsi tələbi ilə etiraz aksiyaları keçirilib. Noyabr ayında Suveren Keçid Şurasının səlahiyyətlərinin vaxtı bitir və bu qurum hökuməti mülki hakimiyyətə təhvil verməlidir.

***

“Əl-Ərəbiya” telekanalının məlumatına görə, Sudan ordusu dövlət radio və televiziyasının binasına nəzarəti ələ keçirib.