Sudanda bazarın bombalanması nəticəsində azı 61 nəfər ölüb

sudanda-bazarin-bombalanmasi-neticesinde-azi-61-nefer-olub
Oxunma sayı: 1308

Ötən gün Sudanın paytaxtı Xartum yaxınlığındakı Omdurman şəhərində bazarın bombalanması nəticəsində azı 61 nəfər həlak olub.

Bu barədə “Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir.

Zərbənin Çevik Reaksiya Qüvvələri tərəfindən həyata keçirildiyi iddia olunur.

Qeyd edək ki, Sudanda 2023-cü ilin sonlarından başlayaraq ölkənin Suveren Şurasının sədri və ordu komandanı Əbdül Fəttəh al-Burhan ilə Çevik Dəstək Qüvvələrin komandanı Məhəmməd Xamdan Daqlo arasında fikir ayrılığı yaranıb. Bu da toqquşmalara səbəb olub.