Sui-qəsdçinin anası ilə bacısı saxlanıldı

sui-qesdcinin-anasi-ile-bacisi-saxlanildi
Oxunma sayı: 9014

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən Mevlüt Mert Altıntaşın yaşadığı Aydin vilayətinin Söke rayonunda polislər əməliyyat keçirib.

Qafqazinfo” “Cnnturk”ə istinadən xəbər verir ki, polisin müşayiəti ilə Altıntaşın ailəsinin Sökenin Çeltikci məhəlləsində yaşadığı mənzilə gələn prokurorun tapşırığına əsasən, evdə axtarışlar aparılıb.

Sui-qəsdçinin anası və bacısı saxlanılaraq polis bölməsinə aparılıb.