“Sülh planı 28-dən 20 bəndə endirilib”

sulh-plani-28-den-20-bende-endirilib
Oxunma sayı: 1162

Londondakı danışıqlar zamanı ABŞ-nin sülh planı 28-dən 20 bəndə endirilib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Ukrayna lideri həmçinin qeyd edib ki, danışıqlar zamanı ərazi məsələsində heç bir kompromis tapılmayıb.

Onun sözlərinə görə, Ukrayna və Avropa ölkələrinin təhlükəsizlik müşavirləri Mayamidən gətirilən sülh planı layihəsini ABŞ-yə ötürmək üçün çərşənbə axşamı axşama qədər yekunlaşdıracaqlar.