“Sumqayıt” iranlı hücumçu ilə gücləndi

sumqayit-iranli-hucumcu-ile-guclendi
Oxunma sayı: 987

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib. “Qafqazinfo” xəbər verir ki, “kimyaçılar” İranın “Sepahan” klubundan ayrılan Əli Qurbanini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Əli yeni klubunda 9 nömrəli formada çıxış edəcək. Qurbani ötən mövsüm “Sepahan”da keçirdiyi 12 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.