Sumqayıtda polisin meyiti xidməti otağında tapıldı

Sumqayıtda polisin meyiti xidməti otağında tapıldı
Oxunma sayı: 7074

Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.

Onun ehtiyatsızlıqdan özünü güllə ilə vurduğu ehtimal edilir.

Meyit axşam saat 19:40 radələrində tapılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi