Sumqayıtda xəstəxana həyətindən körpə meyiti tapıldı - Yenilənib

sumqayitda-xestexana-heyetinden-korpe-meyiti-tapildi
Oxunma sayı: 4489

Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.

Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.

Meyit ərazidən götürülərək təhvil verilib.

***

Baş Prokurorluğun Mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.