Sumqayıtda zavod işçisi avtobusda öldü

sumqayitda-zavod-iscisi-avtobusda-oldu
Oxunma sayı: 860

Sumqayıtda zavod işçisi avtobusda ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kimyaçılar qəsəbəsində yerləşən “Azərkimya İB Etilen-Polietilen” zavodunun qarşısında zavoda məxsus “İsuzu” markalı avtobusda 1968-ci il təvəllüdlü Abşeron sakini  Səlim Məmmədov qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.

Aslan Vəliyev