Sumqayıtda zavodda zəhərlənmə - Yaralılar var

sumqayitda-zavodda-zeherlenme
Oxunma sayı: 3229

Sumqayıtda zavodda zəhərlənmə baş verib.

"Qafqazinfo" Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.

Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir.