“Sumqayıt”ın şikayəti təmin edilmədi

sumqayitin-sikayeti-temin-edilmedi
Oxunma sayı: 1611

Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt” klubunun şikayətinə baxıb.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin şikayəti təmin edilməyib.

AFFA Gənclər Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda birincilərin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə onun 5 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Klub bu qərardan Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.