Şura onlara da lisenziya verdi

sura-onlara-da-lisenziya-verdi
Oxunma sayı: 1463

Martın 19-da Audiovizual Şurasının növbəti iclası keçirilib.

Şuradan “Qafqazinfo”ya verilən məlumata görə, iclasda bir sıra məsələlərə baxılıb.

İlk olaraq, Audiovizual Şuranın 23 yanvar 2024-cü il tarixli 01/24-01 nömrəli qərarı ilə ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş “Sağlam Media” MMC-nin və “Orion Sky” MMC-nin iddiaçı kimi müsabiqəyə buraxılması və iddiaçıların müsabiqə şərtlərinə uyğunluğu və yayım imkanları barədə rəy verilməsi üçün müvafiq komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunub.

Qəbul olunmuş müvafiq qərarlara əsasən, “AZ-EVRO TEL” MMC-yə (operator xidmət adı: “Azeurotel”) sadə platforma operatoru, “SPORT TV.AZ” MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (idman janrlı, televiziya redaksiya adı: “Sport TV”) lisenziyaları verilib.