Suraxanıda qanunsuz tikililər sökülür - Video

suraxanida-qanunsuz-tikililer-sokulur
Oxunma sayı: 2623

Suraxanı Rayon İcra Hakimiyyəti yanında “Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvləri tərəfindən rayon ərazisində qanunsuz tikintilərlə bağlı mübarizə tədbirləri çərçivəsində reydlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Komissiya tərəfindən aşkar edilmiş qanunsuz inşa edilən tikililər müvafiq qurumların iştirakı ilə sökülür və nəzarətə götürülür.