Suraxanıda şəhid doğum günündə anıldı - Fotolar

suraxanida-sehid-dogum-gununde-anildi
Oxunma sayı: 2276

Bu gün Suraxanı rayonunda şəhid Kazımlı Mürsəl Kamil oğlu doğum günündə anılıb.

“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri, şəhid ailələri şəhidin doğum günü münasibətilə onun xatirəsini məzarı və xatirə kompleksi önündə ziyarət edərək gül dəstələri düzüb, ailəsinə baş çəkiblər. 

Qeyd edək ki, Mürsəl Kazımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.