Sürücülərin nəzərinə! - Bakıdakı bu yolda sürət həddi dəyişdirildi

suruculerin-nezerine
Oxunma sayı: 3070

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.

“Qafqazinfo” AYNA-ya istinadən xəbər verir ki, “Şamaxinka” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik kəsiyində sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.

Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.