Şuşada canlı yayımla bayram namazı qılınacaq

susada-canli-yayimla-bayram-namazi-qilinacaq
Oxunma sayı: 3403

Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakı Media Mərkəzi məlumat yayıb. Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq.

29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımla izləmək mümkün olacaq. 
 
Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-si və 13-ü “Xarıbülbül” musiqi festivalı keçirilir.