Şuşakənd ilk əsgərini qarşıladı - Fotolar

susakend-ilk-esgerini-qarsiladi
Oxunma sayı: 3418

Xocalı rayonunun Şuşakənd kəndi ilk əsgərini qarşılayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, kəndin ilk əsgəri Famil Hüseynov hərbi xidmətini başa vuraraq doğma yurduna qayıdıb.

Bu əlamətdar hadisə Şuşakənd sakinləri üçün təkcə bir ailənin sevinci deyil, həm də illərlə həsrətində olduqları Vətənə qayıdışın və davamlı həyatın rəmzi kimi dəyərləndirilir.

Qeyd edək ki, F.Hüseynov Ağcabədi rayonundan hərbi xidmətə yola düşüb. Xidmətini başa vuran Familin qarşılanması Şuşakənddə duyğulu anlarla yadda qalıb.

Bu hadisəni daha da mənalı edən maraqlı bir tarixi paralel də var. Belə ki, Familin atası Kamal Hüseynov da 38 il əvvəl elə bugünkü tarixdə hərbi xidmətini başa vuraraq məhz bu kəndə qayıdıb. İllər sonra eyni yol oğul tərəfindən təkrarlanıb.