“Taliban”dan gözlənilməz tələb - BMT-yə məktub göndərdi

talibandan-gozlenilmez-teleb
Oxunma sayı: 2810

“Taliban” BMT-yə məktub göndərərək, BMT Baş Assambleyası iclaslarına qatılmaq tələbini irəli sürüb və təşkilatın sözçülərindən Suheyl Şahini BMT yanında daimi nümayəndəliyə namizəd göstərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi BMT-dəki qaynaqlarına istinadən yayıb.

Bildirilib ki, məktubu “Taliban” müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Muttaki göndərib və BMT-də keçmiş hökumətin yox, onların təmsil olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, ölkələr BMT yanında daimi nümayəndə namizədlərinin adını təşkilata göndərdikdən sonra BMT Baş Assambleyasının Akkreditasiya Komitəsi tərəfindən təsdiqlənir.

Hazırda BMT-də Əfqanıstanı keçmiş hökumətin BMT yanında daimi nümayəndəsi Qulam İsakzai təmsil edir.