Tanınmış hakim təqaüdə göndərildi - Foto

taninmis-hakim-teqaude-gonderildi
Oxunma sayı: 4800

Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımov təqaüdə göndərilib.

“Qafqazinfo” xəbər verir ki, tanınmış hakim yaş həddi ilə bağlı fəaliyyətini yekunlaşdırıb.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb.

Sonda Tahir Kazımov Məhkəmə-Hüquq Şurasının Fəxri döş nişanı ilə təltif olunub.

Qeyd edək ki, Tahir Kazımov prokurorluq orqanlarında işləyən vaxtlarda “OMON hadisələri”, “Oktyabr hadisləri” kimi səs-küylü cinayət işlərinin istintaq qrupuna rəhbərlik edib.