Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu

taninmis-polkovnik-naxcivana-reis-teyin-olundu
Oxunma sayı: 18115

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Bahadur oğlu gətirilib.

Eldar Qazıbəyov bu təyinatadək Nəsimi rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini olub.

O, vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Qeyd edək ki, Eldar Qazıbəyov eyni zamanda, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur.

Emin Səfərov