Neftçalada Novruz bayramı qeyd olunub - Fotolar

neftcalada-novruz-bayrami-qeyd-olunub
Oxunma sayı: 160

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyilə Neftçala rayonunda müsəlman dünyasının hər il böyük sevinc və təntənə ilə qeyd etdiyi qədim tarixi keçmişə malik Novruz bayramı geniş qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, bayram tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı və qonaqlar Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon nümayəndəliyi və Neftçala Peşə Məktəbinin şagirdləri tərəfindən hazırlanan milli adət-ənənələri, Azərbaycan mətbəxini və folklor nümunələrini özündə əks etdirən bayram sərgisinə baxış keçiriblər. Sərgidə Novruz ənənələrini və şifahi xalq ədəbiyyatını əks etdirən çıxışlar nümayiş olunub.

Bayram tədbiri çərçivəsində Odlar Yurdu Azərbaycanımızda bu əziz gün böyük coşqu və təntənə ilə qeyd olunub. Bu bayramın müasir dövrdə daha geniş və yüksək ruh yüksəkliyi ilə qeyd olunması Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə yeni mərhələyə qədəm qoydu. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman bu adət-ənənələrin davam etdirilməsinə xüsusi diqqət və qayğı göstərib. Dünən Novruz bayramı münasibətilə bayram tonqalı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və Azərbaycan Ordusunun gücü nəticəsində işğaldan azad olunan Xocavənd rayonunun Xanoba kəndində alovlandırılıb. Xalqımız Novruzun gəlişinə bir ay qaldıqda bu bayramı çox təntənəli şəkildə qeyd etməsi və bayram adət-ənənələrimiz haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.

Bayram tədbiri Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon nümayəndəliyi və Neftçala Peşə Məktəbinin hazırladığı bədii kompozisiyalar, musiqi proqramları və rəngarəng çıxışlarla davam etdirilib.

Neftçala rayonunda axşam saatlarında Rayon rəhbərliyinin və sakinlərin iştirakı ilə Novruz tonqalı alovlandırılıb. Tonqal ətrafında təşkil olunan mərasimdə Novruzun birlik, həmrəylik və yenilənmə rəmzi olduğu bir daha vurğulanıb.