“Tar Arslan Növrəsli ilə” adlı layihə təqdim ediləcək - Fotolar

tar-arslan-novresli-ile-adli-layihe-teqdim-edilecek-fotolar
Oxunma sayı: 831

“Buta” İncəsənət Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, layihə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində baş tutacaq.

“Tar Arslan Növrəsli ilə” adlı layihədə bu milli musiqi alətində ifa edilən dünya şöhrətli əsərlər Bakı sakinlərinin və paytaxt qonaqlarının mühakiməsinə veriləcək. Həmin əsərlərin çoxu, Nino Rotun əsərləri mövzusunda Süita, Deyv Brubekin “Blyu rondo a-lya türk” kompozisiyası və başqaları tarixdə ilk dəfə tarda ifa ediləcək.

Gecədə gənc tarzən Arslan Növrəsli, Xalq Artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru Teymur Göyçayev çıxış edəcəklər.

“Buta” İncəsənət Mərkəzinin Baş Direktoru Nəsib Piriyevin sözlərinə görə, layihə Azərbaycanın bu milli musiqi alətinin gözəlliyini, musiqiçilərimizin peşəkarlığını bir daha nümayiş etdirəcək.

Nigar Məmmədli