Venslə xanımı Şəhidlər xiyabanında - Video - Fotolar

vensle-xanimi-sehidler-xiyabaninda
Oxunma sayı: 4044

Azərbaycanda rəsmi səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens bu gün Şəhidlər xiyabanını ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, vitse-prezident Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq “X” hesabında ziyarətdən videogörüntülər paylaşıb.