İtaliyalı qısa yollu konkisürmə ustası Arianna Fontana tarixi nailiyyətə imza atıb.
“Qafqazinfo” xəbər verir ki, 35 yaşlı Fontana bu gün İtaliyada keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarında qarışıq komanda estafet yarışında qızıl medal qazanıb.
Bununla da o, altı fərqli Qış Olimpiya Oyunlarında medal qazanan ilk qadın idmançı kimi tarixə düşüb.
Qeyd edək ki, karyerasına hələ 2006-cı ildə Turində başlayan Fontana ümumilikdə 12-ci Olimpiya medalını (3 qızıl, 4 gümüş, 5 bürünc) əldə edib. O, hazırda qısa yollu konkisürmə tarixində ən çox medal qazanan idmançı titulunu qoruyur.
Son xəbərlər
Son Xəbərlər