Namazdan sonra pilates - Britaniyada maraqlı təşəbbüs - Fotolar

namazdan-sonra-pilates
Oxunma sayı: 1128

Böyük Britaniyanın Bredford şəhərində məscidlərdən birində maraqlı təşəbbüs həyata keçirilir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, məsciddə günorta namazından sonra pilates dərsləri təşkil edilib.

Bildirilib ki, dərslərdə əsas olaraq 50-80 yaş arası şəxslər iştirak edir. 

Pilates və digər idman məşqləri isə 69 yaşlı instruktor Zafar Kayaninin rəhbərliyi ilə icra olunur. 

Onun sözlərinə görə, bu təşəbbüsün məqsədi yaşlı şəxslərin öz sağlamlıqlarının qeydinə qalması, eləcə də digər insanlarla ünsiyyətdə olmasına yardım etməkdir. 

Məlumata görə, əvvəlcə dərslərə bir neçə nəfər qatılıb. Lakin namazdan sonra sakinlərin pilateslə məşğul olması barədə “TikTok” sosial şəbəkəsində görüntülər yayıldıqdan sonra, bu, digərlərinin də marağına səbəb olub. 

Bunun ardınca, dərslərə digər şəhərlərdən də insanlar gəlməyə başlayıb.

Şəhər sakinlərinin namazdan sonra evlərinə getməyərək pilateslə məşğul olmasının görüntüləri digər sosial şəbəkələrdə də maraqla qarşılanıb. 

Həmin fotoları təqdim edirik: