Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edildi - Foto

qarabag-abideleri-islam-dunyasi-irs-siyahilarina-daxil-edildi
Oxunma sayı: 256

Özbəkistan Respublikasının Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, sessiya çərçivəsində fevralın 10-da İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunmuş nominasiyalar müzakirə edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Bununla da ilk dəfə olaraq Ağdam abidələri beynəlxalq mədəni irs siyahılarına daxil edilib.