Tarantino 59 yaşında ikinci dəfə ata oldu

tarantino-59-yasinda-ikinci-defe-ata-oldu
Oxunma sayı: 2655

Amerikalı rejissor Kventin Tarantino ikinci dəfə ata olub.

“Qafqazinfo” “People” nəşrinə istinadən xəbər verir ki, Kventin Tarantino və model Daniela Pik cütlüyünün qız övladı dünyaya gəlib.

Bununla belə, cütlük yeni doğulan körpənin adını hələ ki açıqlamayıb. 

Qeyd edək ki, 59 yaşlı Tarantino ilk dəfə 2020-ci ildə ata olub. Bu zaman, tanınmış rejissorun Leo adlı oğlu dünyaya gəlib. 

Xatırladaq ki, Tarantino və 38 yaşlı Pik 2018-ci ilin noyabrında rəsmi şəkildə ailə həyatı qurublar. Cütlük İsraildə tanış olub.