“Tarqovı”dakı yanğın məhdudlaşdırıldı - Video - Fotolar - Yenilənir

tarqovidaki-yangin-mehdudlasdirildi
Oxunma sayı: 2452

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

***

Paytaxtın Səbail rayonunda yerləşən obyektdə baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

***

FHN-in məlumatına görə, əraziyə qurumun Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

***

FHN-in daha bir məlumatına görə, paytaxtın Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş vermiş yanğın nazirliyin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Binada arakəsmələrin taxta konstruksiyalardan ibarət olmasının alovun yayılma riskini artırması və yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğının genişlənməsinə imkan verilməyib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.