Tatlısəsin oğlunun toyudur - Fotolar+Video

tatlisesin-oglunun-toyudur
Oxunma sayı: 5192

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin oğlu İdo Tatlısəsin toyudur.

“Qafqazinfo” xəbər verir ki, model-aktrisa Yasəmən Şefkatlı ilə evlənən İdonun toyu pandemiya səbəbindən təxirə salınmışdı. Toy mərasimi Yasəmənin ata evindən musiqi sədaları ilə aparılması ilə başlayıb. Sadə gəlinliyə üstünlük verən gəlindən fərqli olaraq, İdo trençkot geyimi ilə diqqət çəkib.

Daha sonra toy məclisi cütlüyün ailə üzvləri və Türkiyənin tanınmış simalarının iştirakı ilə davam edib. 

Qeyd edək ki, İdo İbrahim Tatlısəsin Dərya Tuna ilə nikahından dünyaya gələn oğludur.