Tbilisi və Batumidə iğtişaşlar, 28 nəfər saxlanıldı - Video + Fotolar

tbilisi-ve-batumide-igtisaslar-28-nefer-saxlanildi
Oxunma sayı: 3534

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisi və Batumidə keçirilən etiraz aksiyalarındakı hadisələrlə bağlı dörd cinayət işi açıb.

“Qafqazinfo”nun qurumun saytına istinadən məlumatına görə, polis iki kişinin qeyri-ənənəvi seksual oriyentasiyası haqda bəhs edən İsveç-Gürcüstan istehsalı olan “Daha sonra biz rəqs edirdik” filminin ölkə kinoteatrlarındakı nümayişinə qarşı çıxan 25-i Tbilisidə, 3-ü isə Batumidə olmaqla, ümumilikdə 28 nəfəri saxlayıb.

Daha əvvəl də xəbər verdiyimiz kimi, mitinqçilər arasında dindarlar da var. Onlar milli şüarlar səsləndirirlər. Aksiyaçılardan bir neçəsi üzərində “LQBT-yə yox” yazılmış bayraqları yandırıblar.

“Amirani” kinoteatrının yaxınlığındakı ərazidə vətəndaş Anna Subelianinin sağlamlığına zərər vurulması faktı üzrə istintaq davam etdirilir. Polis bunu törədən şəxsin kimliyini elə hədisə yerində təyin edib və təqsirləndiriləni saxlayıb.

Eləcə də “Respublika partiyası”nın üzvü David Berdzenişviliyə qarşı kinoteatrın yaxınlığında, Merab Kostav prospektində zor tətbiq edilməsi bağlı istintaq aparılır.

Polislərə hücum edilməsi faktı ilə bağlı da istintaq aparılır. Məlumata görə, hücum zamanı xəsarət alan iki polis əməkdaşına klinikada lazımi tibbi yardım göstərilib.

Daha bir cinayət işi DİN maşınına ziyan vurulması faktı ilə bağlı açılıb.