Tbilisidə etirazlar səngimək bilmir, 6 nəfər saxlanıldı

tbiliside-etirazlar-sengimek-bilmir-6-nefer-saxlanildi
Oxunma sayı: 1458

Tbilisi sakinləri proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə növbəti dəfə mitinq keçirib.

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən məlumatına görə, Dövlət Təhükəsizliyi Xidmətinin binasının yaxınlığındakı etiraz aksiyası polislə toqquşmalara gətirib çıxarıb. Buna səbəb nümayişçilərin binanın girişində etiraz hərəkatının simvolu olan zəncir və kilid asmağa cəhd etmələri olub. Bundan əlavə, fəallar binaya aparan Vaji-Pşavel prospektini bağlamaq istəyib.

Gürcüstan DİN-dən “TASS”a verilən məlumata görə, kiçik dərəcəli xuliqanlıq və polislərin haqlı tələblərinə tabe olmadığına görə azı altı nəfər saxlanılıb. Onlar müvəqqəti saxlanma izolyatoruna yerləşdirilib.