Tbilisidə parlament binası önünə çadır quruldu

tbiliside-parlament-binasi-onune-cadir-quruldu
Oxunma sayı: 930

Tbilisidə müxalifət liderləri və fəallar parlament binası qarşısında çadır qurublar.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, etirazçılar proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Mitinqçilər gecəni parlament önündə keçirəcəklərini bildiriblər.

“Biz axıra qədər mübarizə aparacağıq. Məqsədimiz parlamentin girişində bütün gecəni dayanmaq və səhər iclasın keçirilməsinə icazə verməməkdir”, - deyə “Yeni Gürcüstan” partiyasının lideri Georgi Vaşadze deyib.