“Təbiəti birgə qoruyaq” şüarı ilə təmizlik aksiyası keçirildi - Fotolar

tebieti-birge-qoruyaq-suari-ile-temizlik-aksiyasi-kecirildi
Oxunma sayı: 1019

“Təbiəti birgə qoruyaq” şüarı ilə növbəti təmizlik aksiyası keçirilib.

Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Şahbuz rayon Qızıl Qışlaq kəndi yaxınlığındakı “Qara Qaya” meşəsində keçirilən aksiyada Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllülər iştirak ediblər.

Zəruri sanitar ləvazimatlarla təmin olunan aksiya iştirakçıları tullantıları meşə ərazisindən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdan ibarətdir.