Təcili yardımın həkim və sürücüsünü bıçaqladı- - Fotolar

tecili-yardimin-hekim-ve-surucusunu-bicaqladi-
Oxunma sayı: 3050


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Goranboy rayonunun Səfikürd kənd sakini, 1982-ci il təvəllüdlü Çıraqov Ramin Şəmsəddin oğlu 2 nəfəri bıçaqlayıb. 

Məlumata əsasən, ailə üzvləri R. Çıraqova təcili yardım çağırıblar. Buna etiraz olaraq R. Çıraqov həkim 1954-cü il təvəllüdlü  Cabbarova Əminə Əli qızı və sürücü, 1954-cü il təvəllüdlü Məmmədov Novruz Əli oğluna  bıçaq xəsarətləri yetirib. Yaralananlar Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Goranboy rayon polis şöbəsindən verilən məlumata görə, Ramin Çıraqov psixi xəstəlikdən əziyyət çəkir. Faktla bağlı araşdırma aparılır.

Fotolar: ans press