Təcridxanada məhbus öldü

tecridxanada-mehbus-oldu
Oxunma sayı: 3124

Gəncədə təcridxanada məhbus ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan məhbus, 1968-ci il təvəllüdlü İftixar Süleymanov qəfil vəfat edib. Onun infarkt səbəbindən öldüyü məlum olub.

Bildirilib ki, İ.Süleymanov əvvəllər dəfələrlə məhkum edilib. O, son olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulubmuş.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza