Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı start götürdü

tehsil-idareciliyi-beynelxalq-konfransi-start-goturdu
Oxunma sayı: 969

22 aprel 2021-ci il tarixində Azərbaycan Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı start götürüb. 

“Qafqazinfo” xəbər verir ki, konfransda 9 fərqli ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirlər.

Konfransın açılış mərasimində təhsil naziri Emin Əmrullayev çıxış edib. Təhsil naziri çıxışında təhsil siyasəti və təhsil inzibatçılığında qarşıda duran əsas vəzifələr barədə məlumat verib. 

500-ə yaxın iştirakçının qatıldığı konfrans Azərbaycan Dövlət Pedaqoqji Universitetinin prorektoru Eldar Aslanovun moderatorluğu ilə “Təhsildə liderlik və idarəetmə”, professor Piralı Əliyevin moderatorluğu ilə isə “Təhsildə keyfiyyət” sessiyaları ilə davam edib.

Qeyd edək ki, konfransda seçilmiş məqalələr “Azərbaycan Məktəbi” jurnalının xüsusi buraxılışında çap ediləcək. Konfrans 25 aprel tarixinə qədər davam edəcək.