Təhsil Nazirliyindən Məleykə Abbaszadəyə cavab

tehsil-nazirliyinden-meleyke-abbaszadeye-cavab
Oxunma sayı: 644

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

Nazir müavini deyib ki, bu gün xarici ölkələrdən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülən tələbələr var. Əgər bu gün Türlkiyədə təhsil alan azərbaycanlı tələbə ailə vəziyyəti ilə əlaqədar Azərbaycana köçürsə, TQDK keçirən imtahanda iştirak etmirsə, bunun "qara siyahı"ya salınmasını başa düşmürəm.Novruzov bildirib ki, bu proses qeyri-qanuni hesab olunmur və tam qanunidir.

22 323 diplomun "qara siyahı"ya düşməsi barədə dünən verilən açıqlamaya gəlincə, nazir müavini bildirib ki, onlar digər ölkələrdən köçürülən tələbələr ola bilər: "Sadəcə onlar TQDK-nın imtahanlarında iştirak etməyiblər, lakin Təhsil Nazirliyi tərəfindən onlara qanuni diplomlar verilib"

Qeyd edək ki, dünən "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bilmişdi ki, 1992-2011-ci illər ərzində 22 332 nəfər TQDK-nın "qara baza"sına düşsə də, onların əlində diplom var.