Təhsil Nazirliyinə Ceyhun Bayramov rəhbərlik edir

tehsil-nazirliyine-ceyhun-bayramov-rehberlik-edir
Oxunma sayı: 11575

Azərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkə.az-a nazirlikdən bildirilib. "Bundan əvvəl də nazir vəzifə başında olmadığı hallarda onu Ceyhun Bayramov əvəz edirdi", - deyə, nazirlikdən əlavə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib