Bu barədə “Qafqazinfo”ya açıqlama verən Namiq deyib ki, o Telli ilə təzə barışıb: “Mən Telli ilə təzə barışmışam. Onunla aramızda söz-söhbət oldu, amma keçdi. Şayiələr gəzir ki, güya mənimlə Telli arasında sevgi münasibəti olub. Yalan xəbərdir, mən Tellini heç vaxt sevməmişəm. Birncisi, Telli məndən 13 yaş böyükdür. Onun özünün sevənləri var, mənim öz. Mən Tellinin yalnız sənətinin sevə bilərəm”.
Aşıq Namiq hazırda sevgilisi olduğunu da dilə gətirib: “Mənim sevgilim var. Özü də mənim tələbəmdir. Onu 6 illdir tanıyıram. O da sazda ifa edir. Dindar qızdır, yalnız qadın məclislərinə toylar gedir”.
Bu münasibəti Aşıq 2013-ci illdə rəsmiləşdirməyi düşündüyünü də söyləyib: “Allah qoysa, 2013-cü illdə bu sevgi münasibətimiz rəsmiləşdirib evlənəcəyik. Hələki sevdiyimdir”.
Aynur Babayeva
Son xəbərlər
Son Xəbərlər