Temperatur aşağı enəcək, yağış yağacaq - Xəbərdarlıq

temperatur-asagi-enecek-yagis-yagacaq
Oxunma sayı: 3935

Bakıda və Abşeron yarımadasında oktyabrın 18-dən 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə "Qafqazinfo"ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.  

Oktyabrın 20-də gündüz şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu oktyabrın 20-21-də ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə ağaşı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 18-dən 21-i gündüzədək hava şəraitinin  qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7  dərəcə ağaşı enəcək.