Tənha insanlara xidmət göstərənlərin hərəkəti sərbəstdir

tenha-insanlara-xidmet-gosterenlerin-hereketi-serbestdir
Oxunma sayı: 2452

"Tənha insanlara xidmət göstərən adamların onların evlərinə getmək və xidmət göstərmək azadlığı, sərbəstliyi var".

"Qafqazinfo" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, Nazirlər Kabinetinin 30 mart 2020-ci ildə qəbul etdiyi 120 nömrəli qərar var. Həmin qərarın 4.2.6 bəndində qeyd olunur ki, əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün  baxıcılıq xidmətinə icazə verilir. 

"Bunun üçün sosial xidmətçi kimi qeydiyyata düşməyə ehtiyac yoxdur.  Qərar bu şəxslərə sərbəst hərəkət azadlığı verib. Sadəcə icaze.e-gov.az portalına daxil olub orada qeydiyyatdan keçmələri bəs edir", - deyə İ. Məmmədov bildirib.