Tənzilə Narbayeva yenidən sədr seçildi

tenzile-narbayeva-yeniden-sedr-secildi
Oxunma sayı: 2718

Bu gün yeni seçilmiş Özbəkistan Ali Məclisi Senatının birinci iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, iclasda Tənzilə Narbayeva gizli səsvermə ilə yenidən Özbəkistan Ali Məclisi Senatının sədri seçilib.

Qeyd edək ki, yanvarın 16-17-də Senata keçirilən seçkilərdə 84 senator seçilib. Bir gün sonra isə qanunvericiliyə uyğun olaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 16 senator təyin edib. Beləliklə də 100 senatordan ibarət Senat tam formalaşıb.