Ter-Petrosyandan Ermənistanda vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq

ter-petrosyandan-ermenistanda-vetendas-muharibesi-ile-bagli-xeberdarliq
Oxunma sayı: 3315

"Ermənistanda daxili siyasi vəziyyət partlayış təhlükəsi həddindədir. Vəziyyət, demək olar ki, vətəndaş müharibəsi təhlükəsi yaradır".

"Qafqazinfo" xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib. 

Onun sözlərinə görə, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında kəskin antaqonizm mövcuddur: 

"Bu düşmənçilik dayandırılmasa, nələr olacağını təsəvvür etmək dəhşətlidir. Hər iki tərəf ölüm-qalım məsələsini həll edir". 

Ter-Petrosyan ölkədəki parlament idarəetmə üsulunu da tənqid edib: 

"Parlament idarəetmə sistemi Ermənistanı məhvə aparır. Mütləq prezident idarəçilik sisteminə qayıtmaq lazımdır. Parlament sisteminə keçid Serj Sarkisyanın ən böyük səhvi idi. Bu qərar onun öz başına bəla oldu". 

Levon Ter-Petrosyan Ermənistanı olduqca ağır günlərin gözlədiyini deyib.