Tərtərdə maşın iki qadını vurub öldürdü - Yenilənib

terterde-masin-iki-qadini-vurub-oldurdu
Oxunma sayı: 658

Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Hüsənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu piyada keçən iki qadını vurub. Nəticədə hər iki qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb.

***

Hadisə nəticəsində ölən qadınların kimliyi məlum olub.

Belə ki, qəza zamanı Cəmilə Zeynalova və Mahirə Qədimova həyatını itirib.

***

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə rayonun Hüsənli kəndi ərazisində qeydə alınıb.

“Belə ki, bu gün saat 18 radələrində Bərdə rayon sakini Zülfüqar Bayramov Hidayət oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu nəzərdə tutulmayan yerdən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Bir daha piyadaları yol hərəkəti qaydalarına, xüsusilə də yolu yalnız müəyyən edilmiş və təhlükəsiz keçidlərdən keçmək tələbinə ciddi riayət etməyə çağırırıq. Sürücülər isə yaşayış məntəqələrində və piyada hərəkətinin intensiv olduğu ərazilərdə sürət həddinə əməl etməli, diqqətli və ehtiyatlı olmalıdırlar”, - deyə məlumatda qeyd edilib.

Ziya Əmirxanlı