Tərtərdə minik avtomobili traktorla toqquşdu, ölən var

terterde-minik-avtomobili-traktorla-toqqusdu-olen-var
Oxunma sayı: 1322

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qarağacı kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna çırpılıb. Nəticədə “VAZ-21901”in sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli